Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.05.2025 / Bölgə xəbərləri

Lerikdə 28 May-Müstəqillik Günü münasibətilə tədbir keçirilib

Mayın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran regional bölməsi, Lerik Rayon İcra Hakimiyyəti (RİH) və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lerik rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə 28 May-Müstəqillik Günü münasibətilə tədbir keçirilib.

Lerik rayonu Günəşli kənd tam orta məktəbində baş tutan tədbirdə DQİDK-nın Lənkəran regional bölməsinin əməkdaşları Vüqar Şahbazov, Səyyad Babakişiyev, Lerik RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Hüseyn Hüseynov, məktəbin direktoru Cahid Hüseynov, müəllim və şagirdlər iştirak edib.

Çıxışlar zamanı 1918-ci ilin mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə mühüm hadisə olduğu qeyd edilib. Xalq Cümhuriyyətinin qısa zaman ərzində gördüyü işlərə və əldə edilmiş uğurlara diqqət çəkilərək müstəqil Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olduğu vurğulanıb.