Lerik, Göygöl və Kürdəmir rayonlarında dini radikalizmlə mübarizə tədbirləri müzakirə olunub
Bölgələrdə dini radikalizmlə mübarizə mövzusuna həsr olunmuş tədbirlər keçirilib.
Martın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Göygöl Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə rayonun Nadil kənd tam orta məktəbində “Dini radikalizmə qarşı mübarizədə milli və mənəvi dəyərlərimizin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbir Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Orxan Seyidov, Göygöl RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Babək Rəsulov, məktəbin direktoru Nəbi Nəzərli, müəllim və şagirdlərin iştirakı ilə baş tutub.
***
Martın 14-də Kürdəmir Peşə Liseyində "Dini radikalizmi meydana gətirən səbəblər" mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşları Seyfəli Umarov, Əzim Rəfiyev, Kürdəmir RİH-nin əməkdaşı Daşqın Rüstəmov, liseyin tələbələri iştirak ediblər.
***
Martın 14-də Lerik rayonunda “Yeniyetmə və gəncləri dini radikalizmdən qoruyaq!” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüqar Şahbazov, Lerik RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Lerik rayonu üzrə sektorunun müdiri Natiq İsaqov, Heydər Əliyev Mərkəzinin əməkdaşı Bahar Mürsəliyeva, din xadimləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı dini radikalizm, xurafatla mübarizədə milli-mənəvi dəyərlərimizin önəmindən danışılıb, yeniyetmə və gənclərin kənar təsirlərdən, yad dini ideologiyalardan qorunması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edilib.


