Lənkəranda “Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə kampaniyası təşkil olunub
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı bölgələrdə uğurla icra edilməkdədir.
Aprelin 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) bölgə şöbəsinin təşəbbüsü, Lənkəran rayonunda fəaliyyət göstərən dini icmaların təşkilatçılığı ilə ağacəkmə kampaniyası təşkil olunub. Ağacəkmə kampaniyasında DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları, QMİ-nin Lənkəran bölgəsi üzrə qazısı Qəni Axunzadə, dini icma sədrləri və din xadimləri iştirak edib.
Qeyd edək ki, Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

