Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.02.2025 / Bölgə xəbərləri

Lənkəranda Xocalı qurbanlarının xatirəsi anılıb

Fevralın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran regional bölməsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bölgə qazısının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümü münasibətilə dini icma sədrləri və din xadimləri abidəni ziyarət edib, şəhidlərin ruhuna dualar oxuyublar.

Bütövlükdə bəşəriyyətə, insanlığa qarşı törədilmiş vəhşi cinayət aktı olan Xocalı soyqırımı haqqında məlumat verilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın tarixi qələbələr qazandığı, torpaqlarımızın düşmən tapdağından azad edildiyi, soyqırım qurbanları və şəhidlərimizin qisasının alındığı qeyd edilib.