Lənkəranda “Radikal dini cərəyanların gənclərə təsiri: necə qorunmalı?” mövzusunda tədbir keçirilib
Sentyabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran regional bölməsi və Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Radikal dini cərəyanların gənclərə təsiri: necə qorunmalı?” mövzusunda tədbir keçirilib.
Lənkəran Gənclər evində baş tutan tədbirdə DQİDK-nın regional bölməsinin əməkdaşı Emin Həmidli, Regional Gənclər və İdman İdarəsinin əməkdaşları Ülkər Nağızadə, Humay Haşımlı və gənclər iştirak ediblər.
Çıxışlar zamanı radikal dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları barədə məlumat verilib. Onların yad dini ideologiyalardan qorunmasının vacibliyi qeyd edilərək xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin əhəmiyyəti diqqətə çatdırılıb.