Lənkəranda maarifləndirmə tədbirləri keçirilib
Aprelin 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lənkəran rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə “Radikal dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusunda tədbir keçirilib.
Lənkəran rayonu Səpnəkəran kənd tam orta məktəbində baş tutan tədbirdə DQİDK-nın bölgə şöbəsinin əməkdaşı Səyyad Babakişiyev, Lənkəran rayonu üzrə təhsil sektorunun əməkdaşı Cəmil Axundzadə, məktəbin direktoru Sevda Zəkəriyayeva, müəllim və yuxarı sinif şagirdləri iştirak edib.
Çıxışlar zamanı radikal dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları barədə məlumat verilib. Onların yad dini ideologiyalardan qorunmasının vacibliyi qeyd edilərək xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin əhəmiyyəti diqqətə çatdırılıb.
***
Aprelin 16-da daha bir tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lənkəran rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda keçirilib.
Lənkəran rayonu Şıxakəran kənd tam orta məktəbində baş tutan tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Səyyad Babakişiyev, Lənkəran rayonu üzrə təhsil sektorunun əməkdaşı Cəmil Axundzadə, müəllim və şagirdlər iştirak edib.
Çıxışlar zamanı uşaqların milli-mənəvi dəyərlərimiz və vətənpərvərlik ruhunda formalaşmalarının əhəmiyyəti qeyd edilib. Onların zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunmasının vacibliyi vurğulanaraq bu istiqamətdə dövlətin həyata keçirdiyi tədbirlərdən danışılıb.

