Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
17.02.2025 / Bölgə xəbərləri

Lənkəranda “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə təhdid kimi” mövzusunda tədbir keçirilib

Fevralın 17-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran regional bölməsi, Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH), İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cənub Regional Mərkəzi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bölgə qazısının birgə təşkilatçılığı ilə “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə təhdid kimi” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Lənkəran regional bölməsinin müdiri Qağayı Məmmədov, bölmənin müdir müavini Anar Kərimov, ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Sehran Alışov, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Çıxışlarda dinin siyasiləşdirilməsi, dindən istifadə cəhdləri, dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri barədə məlumat verilib. Bu istiqamətdə dövlətin həyata keçirdiyi tədbirlərdən bəhs edilib. Natiqlər radikal dini təsirlərdən və yad dini ideologiyalardan qorunmanın vacibliyini qeyd ediblər, eyni zamanda xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin fəal təbliğ edilməsinin əhəmiyyətini diqqətə çatdırıblar.