Lənkəranda “Dini-tarixi abidələr mənəvi sərvətimizdir” mövzusunda tədbir keçirilib
Sentyabrın 3-də Lənkəran şəhəri Böyük bazar “Cümə” məscidində “Dini-tarixi abidələr mənəvi sərvətimizdir” mövzusunda tədbir təşkil olunub. Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran regional bölməsi və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə DQİDK-nın Lənkəran regional bölməsinin müdiri Qağayı Məmmədov, bölmənin əməkdaşları, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Qəni Axundzadə, Regional Gənclər və İdman İdarəsinin əməkdaşları və gənclər iştirak ediblər.
Çıxışlarda dini və tarixi abidələrin qorunmasının vacibliyi vurğulanıb. Qeyd edilib ki, bu abidələr xalqımızın tarixinin, mədəniyyətinin və mənəvi irsinin ayrılmaz hissəsidir. Bildirilib ki, gənclərin dini-mənəvi dəyərlər ruhunda tərbiyə olunması, onların milli-mənəvi irsə bağlılığının gücləndirilməsi baxımından bu cür tədbirlərin təşkili xüsusi önəm kəsb edir.