Lənkəranda din xadimlərinin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib
Dekabrın 16-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran regional bölməsinin təşkilatçılığı ilə “Din xadimlərinin
korrupsiya ilə mübarizədə və maarifləndirmədə rolu” mövzusunda tədbir keçirilib. Lənkəran “Cümə” məscidində baş tutan tədbirdə DQİDK-nin Lənkəran regional bölməsinin əməkdaşları Emin Həmidli, Səyyad Babakişiyev, dini icma sədrləri və din xadimləri iştirak edib.
Çıxışlar zamanı mövzunun əhəmiyyətindən bəhs olunub. Korrupsiyaya qarşı mübarizənin mütəşəkkil və ardıcıl aparılmasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzində olduğu vurğulanıb. Bu sahədə görülən tədbirlər çərçivəsində korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planlarının qəbul edildiyi diqqətə çatdırılıb.

