Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
31.01.2024 / Bölgə xəbərləri

Lənkəranda din xadimlərinin hesabatları dinlənilib

Yanvarın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Lənkəran bölgəsi üzrə qazılığının birgə təşkilatçılığı ilə 2023-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş tədbir keçirilib. 

Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, QMİ-nin Lənkəran bölgəsi üzrə qazısı Qəni Axundzadə,  dini icma sədrləri və din xadimləri iştirak edib.

Çıxışlar zamanı 2023-cü ildə görülən işlər və cari ildə qarşıda duran vəzifələr müzakirə edilib. Din xadimləri və dini icma sədrlərinin üzərinə maarifləndirmə ilə bağlı mühüm vəzifələrin düşdüyü diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.