Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.09.2023 / Bölgə xəbərləri

Lənkəran və İmişlidə “Sülh aylığı” çərçivəsində maarifləndirmə tədbirləri keçirilir

Bölgələrdə “Sülh aylığı” çərçivəsində maarifləndirmə tədbirləri davam etdirilir.

Lənkəranda baş tutan tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəis müavini Könül Manafova, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran Gənclər Evinin rəhbəri İsmayıl Rəfiyev, eləcə də  gənclər iştirak ediblər.

DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Bəhrəm Ədalətoğlu, Rayon Heydər Əliyev Mərkəzinin direktoru Lalə Heydərova, ictimaiyyət nümayəndələrinin iştirakı ilə daha bir tədbir İmişli rayonunda keçirilib.

Çıxışlar zamanı ölkəmizdə mövcud olan sülh mədəniyyəti və nümunəvi birgəyaşayış mühiti barədə ətraflı məlumat verilib. Natiqlər, Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələrinin sülh və həmrəylik şəraitində birgə yaşadığını diqqətə çatdıraraq formalaşmaqda olan yeniyetmə və gənclərin azərbaycançılıq və zəngin milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə olunmasının əhəmiyyətini vurğulayıblar.

Hər iki tədbir mövzu ətrafında müzakirələrlə davam etdirilib.