Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.06.2025 / Bölgə xəbərləri

Kürdəmirdəki hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

İyunun 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay regional bölməsi və Kürdəmir rayonundakı “N” saylı hərbi hissənin birgə təşkilatçılığı ilə “Milli-mənəvi həmrəyliyin və dəyərlərimizin təşviqi” mövzusunda tədbir keçirilib. 
Tədbirdə DQİDK-nın Göyçay regional bölməsinin müdiri vəzifəsini icra edən Əzim Rəfiyev, “N” saylı hərbi hissənin ideoloji iş və mənəvi-psixoloji təminat bölməsinin rəisi mayor Qorxmaz Mehdiyev, Kürdəmir “Cümə” məscidinin imamı Aqil Əliyev, Kürdəmir şəhər “İmam Rza” məscidinin imam müavini Elçin Tağıyev və hərbi hissənin şəxsi heyəti iştirak edib.

Çıxış edənlər Azərbaycanın zəngin mədəni irsindən, milli kimliyimizin formalaşmasında dəyərlərimizin əhəmiyyətindən danışıblar. Bildirilib ki, bu cür tədbirlər gənclərin milli ruhda yetişməsində, həmrəylik və vətənpərvərlik hisslərinin güclənməsində mühüm rol oynayır.

Sonda mövzu ilə bağlı suallar cavablandırılıb və gələcəkdə bu istiqamətdə daha geniş miqyaslı layihələrin həyata keçirilməsinin vacibliyi qeyd olunub.