Kürdəmirdə "Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərin rolu" mövzusu müzakirə olunub
Oktyabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi, Kürdəmir Rayon İcra Hakimiyyəti, rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılğı ilə "Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərin rolu" mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfəli Umarov, Kürdəmir RİH-in əməkdaşı Daşqın Rüstəmov, rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları və məktəblilər iştirak ediblər.
Çıxışlar zamanı mövzunun əhəmiyyəti qeyd edilib. Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərin rolundan bəhs olunub. Natiqlər 44 günlük Vətən müharibəsində ölkəmizin əldə etdiyi şanlı Zəfərdən də danışıblar.

