Kürdəmirdə Müstəqilliyin Bərbası Gününə həsr olunmuş tədbir keçirilib
Oktyabrın 17-də Kürdəmir rayonu Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Kürdəmir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 18 Oktyabr - Müstəqilliyin Bərbası Gününün 31-ci ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə DQİDK -nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfəli Umarov, Kürdəmir RİH-nin məsul işçisi Daşqın Rüstəmov, eləcə də Kürdəmir MKS-nin əməkdaşları iştirak ediblər.
Çıxışlar zamanı mövzunun əhəmiyyətindən danışılıb. Qeyd olunub ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində əldə edilən hər bir uğur Ulu Öndər Heydər Əliyevin zəkasının təcəssümü, onun irsən qoyub getdiyi milli tərəqqi ideyalarının təzahürüdür. Bildirilib ki, Ümummilli Liderin siyasət məktəbinin layiqli yetirməsi olan İlham Əliyevin böyük siyasətdə atdığı inamlı addımlar sayəsində Azərbaycanda təkcə sosial-iqtisadi sistemdə deyil, həm də siyasi və ictimai təsisatlarda əsaslı yenilənmələr olub, səmərəli intensiv islahatlar aparılıb.

