Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.01.2023 / Bölgə xəbərləri

Kürdəmirdə maarifləndirmə tədbirləri keçirilib

Yanvarın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi, Kürdəmir Rayon İcra Hakimiyyəti (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bölgə Qazılığının birgə təşkilatçılığı ilə “Gənclərin radikal təsirlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfəli Umarov, Kürdəmir RİH başçısı Aparatının əməkdaşı Daşqın Rüstəmov, QMİ-nin bölgə qazısı Fizuli Cəfərov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. Həmçinin gənclərin radikal təsirlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu xüsusilə vurğulanıb.

Tədbir diskussiya şəkilində davam edib.