Kürdəmirdə maarifləndirmə tədbiri keçirilib
Fevralın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi və Kürdəmir rayonu İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə "Dini radikalizmin və ekstremizmin yaratdığı təhlükələrin qarşısının alınmasında gələcək nəslin rolu" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin müdiri İlham Qəribov, şöbə əməkdaşları, rayon icra nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.
Çıxışlar zamanı cəmiyyət arasında dini, milli və məzhəb ayrı-seçkiliyi salaraq mövcud toplumu parçalamağı rəhbər tutan və xarici siyasi, dini mərkəzlərə bağlı olan qeyri-ənənəvi cərəyanlara qarşı mübarizənin önəmli olması diqqətə çatdırılıb. Həmçinin radikal dini qruplaşmaların fəaliyyətinin qarşısının alınması, onların zərərli təbliğatı əleyhinə aparılan maarifləndirmə tədbirlərindən bəhs olunub.

