Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
01.06.2022 / Bölgə xəbərləri

Kürdəmirdə maarifləndirmə tədbiri keçirilib

Mayın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Kürdəmir şəhər məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfəli Umarov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Fizuli Cəfərov, Kürdəmir şəhər məscidi dini icmasının sədri Aqil Əliyev, din xadimləri və dindarlar iştirak ediblər.

Tədbirdə ölkəmizdə mövcud olan nümunəvi dövlət-din münasibətləri barədə danışılıb, formalaşmaqda olan yeniyetmə və gənclərin radikal dini təsirlərdən qorunmasının vacibliyi vurğulanıb. İnsanların dini baxışlarının sağlam müstəvidə formalaşdırılması, gənclərin radikal cərəyanların təsirindən qorunması məqsədilə bu cür maarifləndirici tədbirlərə ehtiyac olduğu diqqətə çatdırılıb.

Tədbir diskussiya şəklində davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.