Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.11.2024 / Bölgə xəbərləri

Kürdəmirdə “İslam və ətraf mühit” mövzusunda tədbir təşkil olunub

Noyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay regional bölməsi və Kürdəmir şəhər “İmam Rza” məscidi dini icmasının birgə təşkilatçılığı ilə “İslam və ətraf mühit” mövzusunda tədbir təşkil olunub.

Tədbirdə DQİDK-nın Göyçay regional bölməsinin müdiri vəzifəsini icra edən Əzim Rəfiyev, Qafqaz Müsəlmanları İdarəsinin Kürdəmir rayonu üzrə qazısı Fizuli Cəfərov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Çıxışlar zamanı qeyd olunub ki, bəşəriyyətin müasir problemlərindən biri qlobal istiləşmə və iqlim dəyişiklikləri insan həyatına və ətraf mühitə təhdidlər yaradır. Vurğulanıb ki, istər bioloji varlıqlara münasibət, istərsə də ekosistemin ahəngi baxımından İslam dininin bəşər övladı üçün töhfələri böyükdür. İslama görə, insan təbiətə hökm etməməli, təbiətin bir üzvü olaraq onunla harmoniyada öz yerini müəyyənləşdirməli və həmin qaydaya görə yaşamalıdır. 

Tədbirin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb.