Kürdəmirdə erkən nikah problemi müzakirə edilib
Oktyabrın 26-da Kürdəmir rayonu Atakişili kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin Kürdəmir Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə "Uşaq hüquqlarının qorunması: erkən nikah problemi və onlara qarşı mübarizə" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfəli Umarov, Kürdəmir RİH başçısının müavini Vəsilə Ələsgərli, rayon Mərkəzi Xəstəxanasının əməkdaşı Sevil Abdullayeva, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Çıxış edənlər mövzunun əhəmiyyətindən danışıblar. Erkən nikahın dövrümüzün mühüm və aktual problemlərindən biri olduğu qeyd edilib. Bu cür maarifləndirmə tədbirlərinin vacibliyi diqqətə çatdırılıb.

