Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
15.12.2022 / Bölgə xəbərləri

Kürdəmirdə dini ekstremizm mövzusu müzakirə edilib

Dekabrın 15-də Kürdəmir rayonunda yerləşən N saylı hərbi hissədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi, Kürdəmir Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə "Dini ekstremizm və ayrı seçkilik çağırışlarının qarşısının alınması, mili-dini dözümlülük, sülhsevərlik və hümanizm dəyərlərinin təbliğ edilməsi" mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları Rauf Nəsirov, Seyfəli Umarov, Kürdəmir RİH başçısı Aparatının əməkdaşı Daşqın Rüstəmov, N saylı hərbi hissənin şəxsi heyəti iştirak edib. 

Çıxışlar zamanı gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyi vurğulanıb. Dini radikalizmə və ekstermizmə qarşı mübarizənin, eyni zamanda insanlar arasında mili-dini dözümlülük, sülhsevərlik və humanizm dəyərlərinin təbliğ edilməsinin mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.