Kürdəmirdə "Aprel döyüşləri: Böyük Zəfərin müqəddiməsi" mövzusu müzakirə edilib
Aprelin 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi və Kürdəmir Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə "Aprel döyüşləri: Böyük Zəfərin müqəddiməsi" mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfəli Umarov, Kürdəmir RİH-in nümayəndəsi Daşqın Rüstəmov və mədəniyyət işçiləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Azərbaycan xalqının gücünü, birliyini və əzmini dünyaya göstərən Aprel qələbəsi 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər üçün mühüm zəmin yaradıb. Vətən yolunda böyük şücaət və fədakarlıq göstərən şəhidlərimizin adları daim uca tutulacaq və əziz xatirələri hər zaman böyük ehtiramla anılacaq.