Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.01.2024 / Bölgə xəbərləri

Kürdəmir və Tərtərdə narkomaniyaya qarşı mübarizə istiqamətində tədbirlər keçirilib

Narkomaniyaya qarşı mübarizə istiqamətində bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir.

Yanvarın 26-da Kürdəmir rayonundakı Peşə Liseyində baş tutan tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfəli Umarov, müəllim və tələbələr iştirak ediblər.

***
Yanvarın 26-da daha bir analoji tədbir Tərtər rayonunun Gülabatlı kənd tam orta məktəbində keçirilib. Tədbirə DQİDK-nın bölgə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, rayon İcra Hakimiyyəti, Polis Şöbəsinin əməkdaşları, müəllim və şagirdlər qatılıblar.

Çıxışlar zamanı narkomaniyanın insan həyatında yaratdığı fiziki, mənəvi və sosial fəsadlar haqqında məlumat verilib, bu sahədə maarifləndirmənin önəmi diqqətə çatdırılıb.