İsmayıllıda “Yeniyetmə və gəncləri radikalizmdən qoruyaq!” mövzusu müzakirə olunub
Oktyabrın 9-da İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dağlıq Şirvan regional bölməsi və İsmayıllı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Yeniyetmə və gəncləri radikalizmdən qoruyaq!” mövzusunda tədbir təşkil olunub.
Tədbirdə İsmayıllı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Nəsimi Teymurov, DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Aydın Səmədov, Regional Gənclər və İdman İdarəsinin rəis müavini Fərhad Qurbanov, Rayon Polis Şöbəsinin əməkdaşı Xəyal Mürşüdov, müəllimlər, eləcə də tələbələr iştirak ediblər.
Çıxışlarda bildirilib ki, bu gün dini radikalizm və ekstremizmə qarşı ən effektiv mübarizə üsulu yeniyetmə və gəncləri milli-mənəvi irsimizə bağlı, vətənpərvər vətəndaş kimi böyütməkdir. Eyni zamanda ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulmasından danışılıb.
Tədbir müzakirələrlə davam etdirilib.



