Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
15.10.2025 / Bölgə xəbərləri

İsmayıllıda “Müstəqilliyimiz əbədidir” mövzusunda tədbir keçirilib

Oktyabrın 14-də İsmayıllı rayon Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dağlıq Şirvan regional bölməsi, İsmayıllı Rayon İcra Hakimiyyətinin və İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “18 Oktyabr – Müstəqilliyin Bərpası Günü” ilə əlaqədar “Müstəqilliyimiz əbədidir” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Aydın Səmədov, İcra Hakimiyyətinin əməkdaşı Gülnarə Mirzəliyeva, rayon Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov, ictimaiyyət nümayəndələri və din xadimləri iştirak ediblər.

Öncə 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr edilmiş sənədli film nümayiş olunub. 

Çıxışlarda ölkəmizin müstəqilliyinin bərpasının tarixi əhəmiyyəti və bu uğurda xalqımızın göstərdiyi səylər, həmçinin müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi istiqamətində qarşıda duran vəzifələr vurğulanıb. Müstəqilliyin əbədiliyi ideyasının milli dəyərlərimiz və dövlətçilik ənənələrimizlə sıx bağlı olduğu bildirilib. Müstəqilliyin ruhunu təbliğ etməyin və vətənpərvərliyin tədrisində dini-mənəvi dəyərlərin rolu xüsusi qeyd edilib.

Sonda tədbir iştirakçıları arasında fikir mübadiləsi aparılıb.