Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
21.02.2023 / Bölgə xəbərləri

İsmayıllıda maarifləndirmə tədbiri keçirilib

Fevralın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi, İsmayıllı Rayon İcra Hakimiyyəti (RİH) və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə “Milli dövlətçiliyin möhkəmlənməsi: azərbaycançılıq ideologiyası və mənəvi dəyərlərimiz” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə İsmayıllı RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Nəsimi Teymurov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Aydın Səmədov, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəznin direktoru Cəlil Bağırov, müəllim və tələbələr iştirak ediblər.

Çıxışlar zamanı Azərbaycançılıq ideologiyası, ölkəmizin müstəqillik tarixi və bu dövr ərzində mənəvi dəyərlərimizin qorunması və inkişafından bəhs edilib. Milli-mənəvi irsimizin təbliği, tədqiqi və onun gələcək nəsillərə ötürülməsi istiqamətində görülən işlərdən danışılıb.

Sonda Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanan “Heydər Əliyev və Azərbaycançılıq” sənədli filmi nümayiş olunub.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.