Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
02.10.2025 / Bölgə xəbərləri

İsmayıllıda maariflədirmə tədbiri keçirilib

Sentyabrın 30-da İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dağlıq Şirvan regional bölməsi və İsmayıllı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Möhkəm ailə münasibətlərinin əsası: gender bərabərliyi və qarşılıqlı hörmət” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Aydın Səmədov, İsmayıllı RİH-nin əməkdaşı Bəhruz Xələfov, şəhid ailələrinin üzvləri, müəllimlər və tələbələr iştirak ediblər.
Çıxışlarda möhkəm ailə münasibətlərinin qurulmasında gender bərabərliyi və qarşılıqlı hörmətin vacibliyi vurğulanıb. Natiqlər ailə dəyərlərinin qorunmasının cəmiyyətin sabitliyi üçün əsas şərt olduğunu qeyd ediblər. Gender bərabərliyinin təmin olunmasının ailədə qarşılıqlı anlaşmanı gücləndirdiyi bildirilib.