İsmayıllıda "Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda tədbir keçirilib
Oktyabrın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi və İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Elnur Mehdiyev, Mərkəzin direktoru Mayıl Fərəcov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyev haqlı olaraq azərbaycanlıların milli qürur və iftixar mənbəyinə çevrilib, Ümummilli Lider adını qazanıb. Vurğulanıb ki, müstəqil ölkəmiz Heydər Əliyevin şah əsəri olaraq qəbul edilib. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız bu gün qətiyyətlə irəliləyir, gücünü və qüdrətini durmadan artırır, dahi azərbaycanlıya məxsus ideyaların həmişəyaşar olduğunu bir daha təsdiqləyir.
Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.

