Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
06.11.2024 / Bölgə xəbərləri

İsmayıllıda din xadimləri erkən nikah problemini müzakirə ediblər

Noyabrın 6-da İsmayıllı şəhəri Cümə məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dağlıq Şirvan regional bölməsi və İsmayıllı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Erkən nikah problemi və ona qarşı mübarizə yolları” mövzusunda tədbir keçirilib.
Tədbirdə İsmayıllı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Nəsimi Teymurov, DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Aydın Səmədov, Rayon Polis Şöbəsinin əməkdaşı Rahim Orucov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Qaya Xalıqov, eləcə də din xadimləri və dini icma üzvləri iştirak ediblər.

Çıxışlar zamanı qeyd edilib ki, bu gün bütün dünyada erkən nikahın doğurduğu fəsadlar aktual problemlərdən biri olaraq qalır. Erkən nikahla bağlı problemlərin aradan qaldırılması baxımından maarifləndirici tədbirlərin təşkilinin, yeniyetmə və gənclərlə görüşlərin keçirilməsinin, onlara milli-mənəvi dəyərlərin aşılanmasının böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb. 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.