Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
12.08.2025 / Bölgə xəbərləri

İsmayıllıda “Birgəyaşayış mədəniyyəti və sosial harmoniya” mövzusunda tədbir keçirilib

Avqustun 12-də İsmayıllı şəhərinin “Cümə” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dağlıq Şirvan regional bölməsi və İsmayıllı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Birgəyaşayış mədəniyyəti və sosial harmoniya” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Aydın Səmədov, İsmayıllı RİH-nin nümayəndəsi Bəhruz Xələfov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Qaya Xalıqov, eləcə də din xadimləri iştirak ediblər.

Çıxışlarda ölkəmizdəki multikultural dəyərlər, dinlər və məzhəblərarası tolerantlıq, eləcə də cəmiyyətdə sosial harmoniya və birgəyaşayış mədəniyyətinin təşviqi məsələlərindən danışılıb. Natiqlər dini maarifləndirmə işinin əhəmiyyətindən, gənclərin sağlam düşüncəli ruhda yetişdirilməsinin vacibliyindən və milli-mənəvi dəyərlərin qorunmasından bəhs ediblər. Birgəyaşayış və sosial həmrəyliyin qorunmasının Azərbaycan cəmiyyətinin sabitliyinin əsas təməli olduğunu bildiriblər.