İsmayıllı və Göygöl rayonlarında "Dini radikalizmə qarşı mübarizə" mövzusu müzakirə olunub
Dekabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun Balçılı kənd C.Nazarov adına 1 nömrəli tam orta məktəbində “Dini radikalizmə qarşı mübarizədə təhsilin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbir DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Orxan Seyidov, İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Babək Rəsulov, məktəbin direktoru Səhər Quliyeva, müəllim və şagirdlərin iştirakı ilə baş tutub.
***
Dekabrın 15-də İsmayıllı rayonunda “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Elnur Mehdiyev, şöbənin əməkdaşları, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Nəsimi Teymurov, eyni zamanda rayonda fəaliyyət göstərən müvafiq qurumların əməkdaşları iştirak ediblər.
Çıxışlar zamanı dini radikalizm, xurafatla mübarizədə təhsilin önəmindən danışılıb. Yeniyetmə və gənclərin kənar təsirlərdən, yad dini ideologiyalardan qorunması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edilib. Sonda iştirkçıların sualları cavablandırılıb.

