Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
13.09.2023 / Bölgə xəbərləri

“İslamda şəhidlik məqamı” mövzusunda dini maarifləndirmə tədbiri keçirilib

Sentyabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Göygöl şəhər “Heydər” məscidi dini  icmasının birgə təşkilatçılığı ilə “İslamda şəhidlik məqamı” mövzusunda dini maarifləndirmə tədbiri keçirilib. Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Orxan Seyidov, məscidin imamı Dəyanət Axundov, məscidin icma sədri Əlaslan Cəfərov və icma nümayəndələri iştirak ediblər. Əvvəlcə Şəhidlər xiyabanı ziyarət edilib.

Çıxışlar zamanı Azərbaycanın bütövlüyü uğrunda həyatını qurban verən şəhidlərimizin xatirəsinin xalqımız üçün həmişə əziz olduğu vurğulanıb. Bildirilib ki, onların həyatı bugünkü nəsil üçün nümunədir. Bu baxımdan 44 günlük Vətən müharibəsində qələbəmizi təmin edən şəhid və qazilərimiz haqq-ədalət, milli birlik yolunun yolçuları kimi daim gələcəyimizi aydınladacaq.