"İnsan Hüquqları Aylığı" çərçivəsində Zaqatalada tədbir təşkil olunub
İyunun 10-da Zaqatala rayonu Əliabad qəsəbə 3 nömrəli tam orta məktəbdə “İnsan Hüquqları Aylığı” çərçivəsində “Multikulturalizm və dini harmoniyanın hüquqi əsasları” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki-Zaqatala regional bölməsinin müdiri İlqar Vəliyev, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlarda multikulturalizm ənənələrinin qorunmasının, dini dözümlülük və qarşılıqlı hörmət mühitinin cəmiyyətdə sabitliyin və birgəyaşayışın əsas amillərindən biri olduğu vurğulanıb. Bildirilib ki, Azərbaycanda müxtəlif dinlərin nümayəndələri əsrlər boyu sülh və əməkdaşlıq şəraitində yaşayıb, bu dəyərlərin qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Gənclərin milli-mənəvi dəyərlərə bağlı ruhda yetişdirilməsinin, radikalizm və dini ayrı-seçkilik meyillərinə qarşı maarifləndirilməsinin vacibliyi qeyd edilib.

