Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
18.06.2026 / Bölgə xəbərləri

"İnsan Hüquqları Aylığı" çərçivəsində Saatlıda tədbir təşkil olunub

İyunun 17-də Saatlı rayonunda İnsan hüquqları aylığı” çərçivəsində “İnsan hüquqları kontekstində etiqad azadlığı” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mil-Muğan regional bölməsinin əməkdaşı Elvin İbrahimov, mədəniyyət işçiləri və gənclər iştirak ediblər.

Çıxışlarda Azərbaycanın multikultural və tolerant dəyərlərə əsaslanan dövlət siyasətinin önəmi vurğulanıb. Eyni zamanda, dini etiqad azadlığının insan hüquqlarının əsas tərkib hissələrindən biri olduğu qeyd olunub. Mövzular ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.