Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
12.06.2026 / Bölgə xəbərləri

"İnsan Hüquqları Aylığı" çərçivəsində Binəqədi rayonunda tədbir təşkil olunub

İyunun 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Binəqədi Rayon İcra Hakimiyyəti (RİH) və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə “İnsan hüquqları aylığı” çərçivəsində “İnsan Hüquqları: dini etiqad azadlığı” mövzusunda tədbir keçirilib.

Tədbirdə Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Elnur Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə bölməsinin əməkdaşları Amal Məlikov və Rəşadət Hidayətov, həmçinin Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət peşə təhsil Mərkəzinin müəllim-tələbə heyəti iştirak ediblər.

Çıxışlarda Azərbaycan Respublikasının qanunvericiliyində əks olunmuş əsas insan və vətəndaş hüquq və azadlıqları haqqında iştirakçılara geniş məlumat verilib, ölkəmizdə uğurla həyata keçirilən hüquqi dövlət quruculuğu siyasətindən, bu istiqamətdə görülmüş işlərdən danışılıb.

Diskussiya formatında keçən görüşdə gəncləri maraqlandıran suallar cavablandırılıb.