"İnsan Hüquqları Aylığı" çərçivəsində Ağdaşda tədbir təşkil olunub
İyunun 11-də Ağdaş Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində “İnsan Hüquqları Aylığı” çərçivəsində “Multikulturalizm və dini harmoniyanın hüquqi əsasları” mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mərkəzi Aran regional bölməsinin əməkdaşı Asif Ədilov, kitabxana əməkdaşları, din xadimləri, dini icma sədrləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda Azərbaycanda multikulturalizm ənənələrinin tarixi kökləri, dövlət tərəfindən dini etiqad azadlığının təmin olunması, müxtəlif dini icmalar arasında qarşılıqlı hörmət və əməkdaşlıq mühitinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs olunub. Həmçinin insan hüquqlarının qorunması ilə dini harmoniyanın möhkəmləndirilməsi arasında mövcud olan qarşılıqlı əlaqə vurğulanıb və bu sahədə dövlət siyasətinin əhəmiyyəti diqqətə çatdırılıb.


