Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.02.2025 / Bölgə xəbərləri

İmişlidə “Xocalı-bəşəriyyətə qarşı tarixi cinayətdir” mövzusunda tədbir baş tutub

Fevralın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi, Mil-Muğan regional Gənclər və İdman İdarəsinin İmişli rayonu üzrə sektorunun və İmişli rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Xocalı-bəşəriyyətə qarşı tarixi cinayətdir” mövzusunda tədbir keçirilib.

Keçirilən tədbirdə DQİDK-nın Mil-Muğan regional bölməsinin əməkdaşı Bəhrəm Abbaslı, İmişli rayon Heydər Əliyev Mərkəzinin direktoru Lalə Heydərova, Mil-Muğan regional Gənclər və İdman İdarəsinin İmişli rayonu üzrə sektorunun baş məsləhətçisi Ramin Fərəcov, İmişli rayonu Qaravəlli kənd məscidi dini icmasının sədri Şahəddin Quliyev, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Tədbirdə çıxış edənlər Xocalı faciəsinin tarixindən, Azərbaycan xalqına və mədəniyyətinə təsirindən,Vətən müharibəsində əldə olunan zəfərdən və işğal altında olan torpaqların azad edilməsindən bəhs ediblər.