İmişlidə “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib.
Noyabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi, İmişli rayonu Heydər Əliyev Mərkəzi və Mil-Muğan Gənclər və İdman idarəsinin İmişli rayon sektorunun birgə təşkilatçılığı ilə “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Mil-Muğan regional bölməsinin əməkdaşı Bəhrəm Abbaslı, Regional Gənclər və İdman İdarəsinin sektor müdiri Ceyhun Əbdülov, dini xadimləri, Mərkəzin əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda ölkəmizdə hər bir vətəndaşın dini etiqad azadlığının təmin olunduğu bildirilib. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycan vətəndaşlarının dini və milli mənsubiyyətindən asılı olmayaraq çiyin-çiyinə döyüşmələrinin, “Dəmir yumruq” ətrafında həmrəylik nümayiş etdirmələrinin bu istiqamətdə həyata keçirilən uğurlu dövlət siyasətinin məntiqi nəticəsi olduğu vurğulanıb.

