Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
08.05.2025 / Bölgə xəbərləri

İmişlidə “Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri” mövzusunda tədbir təşkil edilib

Mayın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin İmişli sektoru və İmişli rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə İmişlidə “Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri” mövzusunda tədbir keçirilib.  
Tədbirdə DQİDK-nın Mil-Muğan regional bölməsinin əməkdaşı Bəhrəm Abbaslı, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin İmişli sektorunun əməkdaşı Ramin Fərəcov, İmişli rayon Heydər Əliyev Mərkəzinin direktoru Lalə Heydərova, İmişli rayon Qaravəlli kənd məscidi dini icmasının sədri Şahəddin Quliyev, ictimaiyyət nümayəndələri və şagirdlər iştirak ediblər. 
Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda dövlət-din münasibətlərinin formalaşdırılması və milli-mənəvi dəyərlərin qorunmasındakı misilsiz xidmətlərindən bəhs olunub. Bildirilib ki, Ulu Öndər ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın milli-mənəvi irsinin, milli mədəniyyətinin və adət-ənənələrinin yaşadılması və inkişafına xüsusi önəm verib. Vurğulanıb ki, o, gənclərin milli-mənəvi dəyərlər və əxlaqi prinsiplər əsasında tərbiyə olunmasını daim tövsiyə edirdi.
Tədbirin sonunda Heydər Əliyevin dövlətçilik fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.