İmişlidə maarifləndirmə tədbiri keçirilib
Mayın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Milli dövlətçiliyimizin möhkəmlənməsi: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, İmişli Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rüfət Muradov, din xadimləri, dini icma sədrləri və ziyalılar iştirak ediblər.
Çıxışlar zamanı xalqımızın zəngin mənəvi dəyərlərinin milli birliyimizin möhkəmlənməsindəki əhəmiyyəti vurğulanıb. Ölkəmizdə yaşayan müxtəlif millətlərin, dinlərin nümayəndələri arasında tarixən həmrəylik, sülh və vəhdətin hökm sürdüyü qeyd edilib.
Sonda iştirakçıların sualları cavablandırılıb.

