Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
12.03.2025 / Bölgə xəbərləri

İmişlidə din xadimlərinin iştirakı ilə tədbir təşkil olunub

Martın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsinin təşkilatçılığı ilə İmişli rayonunda “Ramazan ayı: İslamın iftar mədəniyyəti və həmrəylik ruhu” mövzusunda tədbir keçirilib. 

Tədbirdə DQİDK-nın Mil-Muğan regional bölməsinin müdiri vəzifəsini icra edən Cavanşir Bəhrəmov, İcra Hakimiyyətinin məsul əməkdaşı Rüfət Muradov, din xadimləri və dini icma sədrləri iştirak ediblər. 

Çıxışlarda ölkəmizdə dövlət-din münasibətlərinin sağlam prinsiplər üzərində qurulduğu, dövlətin dini sahəyə, din xadimlərinə diqqət və qayğı göstərdiyi qeyd edilib. Daha sonra QMİ-nin Qazılar Şurasının Ramazan ayı ilə bağlı fətvasına və qanunvericiliyin tələblərinə əməl edilməsinin vacibliyi vurğulanıb.

Tədbir müzakirələrlə davam etdirilib.