Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.07.2025 / Bölgə xəbərləri

İmişlidə “Ailə dəyərləri: cəmiyyətin təməli və gələcəyin təminatı” mövzusu müzakirə olunub

İyulun 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi, Mil-Muğan Regional Gənclər və İdman İdarəsi, Mədəniyyət İdarəsi, İmişli Rayon Heydər Əliyev Mərkəzi və Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə “Ailə dəyərləri: cəmiyyətin təməli və gələcəyin təminatı” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Mil-Muğan regional bölməsinin məsləhətçisi Bəhrəm Abbaslı, təşkilatçı qurumların nümayəndələri və gənclər iştirak ediblər.

Çıxışlarda ailə institutunun cəmiyyətdəki rolu, milli-mənəvi dəyərlərin qorunması və ailə münasibətlərinin möhkəmləndirilməsi məsələlərinə toxunulub. Bildirilib ki, sağlam ailə cəmiyyətin dayağı və gələcək nəsillərin formalaşmasında mühüm amildir. Eyni zamanda, ailə dəyərlərinin təbliği və gənclərin bu ruhda tərbiyəsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Tədbir müzakirələrlə davam edib, iştirakçıların mövzu ilə bağlı fikirləri dinlənilib.