İmişli və Saatlıda 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçirilib
Mayın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi, İmişli rayon İcra Hakimiyyəti, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin İmişli sektoru və İmişli rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “28 May - Müstəqillik Günü: milli birlik, həmrəylik, vətənpərvərlik” mövzusunda tədbir keçirilib.
Keçirilən tədbirdə DQİDK-nın Mil-Muğan regional bölməsinin məsləhətçisi Bəhrəm Abbaslı, İmişli RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Namiq Ağacanov, Muğan Regional Gənclər və İdman İdarəsinin İmişli sektorunun müdiri Ceyhun Əbdülov, İmişli Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Arifə Qarayeva, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin İmişli sektorunun baş məsləhətçisi Ramin Fərəcov, idarə müəssisə işçiləri və peşə məktəbinin tələbələri iştirak ediblər.
“28 May – Müstəqillik Gününə” həsr olunmuş “Müstəqilliyimiz əbədidir!” mövzusunda daha bir tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi, Mil-Muğan regional Gənclər və İdman idarəsinin Saatlı rayonu üzrə Gənclər və İdman sektoru və Saatlı rayon Mərkəziləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatıçılığı ilə keçirilib.
Keçirilən tədbirdə DQİDK-nın Mil-Muğan regional bölməsinin əməkdaşı Elvin İbrahimov, Mil-Muğan regional Gənclər və İdman idarəsinin Saatlı rayonu üzrə Gənclər və İdman sektorunun əməkdaşı Əmrah Əhmədov, Rayon Mərkəziləşdirilmiş Kitabxana Sisteminin direktoru İbrahim Xıdırov, rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşları və mədəniyyət işçiləri iştirak ediblər.
Çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, qısa vaxt ərzində həyata keçirilən islahatlar və insan hüquqları sahəsində atılan addımlardan söz açıblar. Qeyd edilib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalayaraq Azərbaycanın müstəqilliyini bütün dünyaya bəyan edib, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib. Daha sonra mövzu ətrafında çıxış edənlər XX əsrin sonlarında müstəqilliyin yenidən əldə olunmasından, Ulu Öndər Heydər Əliyevin daxili və xarici uğurlu siyasəti nəticəsində müstəqilliyin qorunub saxlanılmasından, ölkədə iqtisadi, siyasi, sosial, mədəni və digər sahələrdə aparılan məqsədyönlü siyasətin əhəmiyyətindən bəhs ediblər. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin siyasəti hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.





