Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
18.02.2025 / Bölgə xəbərləri

Hövsanda dini radikalizm mövzusu müzakirə olunub

Fevralın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Bakı şəhəri, Hövsan qəsəbəsi şəhid Etibar Cəfərov adına 118 nömrəli tam orta məktəbdə "Dini fanatizm, radikalizm, ekstremizmin mahiyyəti və fəsadları" mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Bakı regional bölməsinin əməkdaşı Aqil Əlisoy, Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşı Asəf Əmrahov, "Höccət İbn Həsən məscidi" dini icmasının sədri Allahverən Məmmədzadə, müəllimlər, psixoloqlar və məktəblilər iştirak ediblər.

Çıxışlarda dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti, həmçinin fəsadlarından bəhs olunub. Dini radikalizmə qarşı mübarizə istiqamətində görülən işlərdən danışılıb.

Sonda iştirakçıların sualları cavablandırılıb.