Hərbi hissələrdə maarifləndirmə tədbirləri keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) bölgə şöbələrinin və hərbi hissələrin birgə təşkilatçılığı ilə maarifləndirmə tədbirləri həyata keçirilib.
Martın 7-da Abşeron rayonu Güzdək qəsəbəsində yerləşən N saylı hərbi hissədə “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə təhdid kimi” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Yalçın Abdullayev, Mehdiabad qəsəbə məscidinin imamı Nicat İbadov, hərbi hissənin şəxsi heyəti iştirak edib.
***
Martın 7-də Bərdə rayonunda yerləşən N saylı hərbi hissədə “İntihar və özünəqəsd hadisələrinin qarşısının alınması” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Məhəmməd Rəşidov, Bərdə rayon Uğurbəyli kənd məscidinin naib-imamı Səbuhi Hacıyev, hərbi hissənin şəxsi heyəti iştirak edib.
***
Mart ayının 7-də Ağdam rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə “Gənclərin dini radikalizm və ekstremizm təhlükəsindən qorunması” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, şöbənin əməkdaşı Ramil Cavadov, “Xındırıstan” kənd məscidinin imam müavini Rafiq Hacıyev, zabit və əsgərlər iştirak ediblər.
***
Martın 10-da Qazax rayonunda yerləşən N saylı hərbi hissədə "Dini radikalizm, zərərli vərdişlər və intiharın sosial-psixoloji aspektləri" mövzusunda, Ağstafa rayonunda yerləşən N saylı hərbi hissələrdə isə "İslamın şəhidlik və intihara münasibəti", "Vətənpərvərlik ruhunun yüksəldilməsində mənəvi və dini dəyərlərin rolu" mövzularında maarifləndirici tədbirlər keçirilib. Tədbirlərdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Pərvin Zeynalov, şöbənin əməkdaşları, din xadimləri, eyni zamanda şəxsi heyət iştirak edib.
***
Martın 11-də Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə “Şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin, hərbi intizamının möhkəmləndirilməsində, hərbi qulluqçular arasında vətənpərvərlik ruhunun yüksəldilməsində dini dəyərlərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Bəhrəm Ədalətoğlu, Elvin İbrahimov, din xadimləri, həmçinin şəxsi heyət iştirak edib.
***
Martın 11-də Goranboy rayonunda yerləşən N saylı hərbi hissədə “İslamın şəhidlik və intihara münasibəti” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın bölgə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, Goranboy rayonu Xanqərvənd kənd məscidi dini icmasının sədri Rəsul Həşimov və hərbi hissənin şəxsi heyəti iştirak edib.
Çıxışlarda dinin siyasiləşdirilməsinin milli təhlükəsizliyə təhdid olduğu diqqətə çatdırılıb. Dini radikalizm və ekstremizmə qarşı mübarizə tədbirlərindən danışılıb. Eyni zamanda intihar və özünəqəsd hadisələrinin qarşısının alınması istiqamətində görülən işlərdən bəhs olunub.







