Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
08.05.2025 / Bölgə xəbərləri

Hərbi hissədə “Heydər Əliyev siyasətində milli-mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib

Mayın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə-Daşkəsən regional bölməsi ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının arasında imzalanmış 2025-ci il üçün birgə Tədbirlər Planı çərçivəsində Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissədə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibətilə “Heydər Əliyev siyasətində milli-mənəvi dəyərlər” mövzusunda tədbir təşkil olunub. 
Tədbirdə DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsinin müdiri Həsən Məmmədov, Gəncə şəhər “İmamzadə ziyarətgah” məscidinin imamı İlham Abbasov, hərbi hissənin komandanlığı və şəxsi heyəti iştirak ediblər. 
Çıxış edənlər vurğulayıblar ki, Ulu Öndər Heydər Əliyev hər zaman mənəvi-əxlaqi və dini dəyərlərimizin, eləcə də adət-ənənələrimizin qoruyucusu olub. O, dövlət quruculuğu prosesi ilə yanaşı, mədəni-mənəvi dəyərlərin dirçəldilməsi və milli-tarixi yaddaşın bərpasına da xüsusi önəm verib. Bildirilib ki, Ümummilli Liderin parlaq ideyaları bu gün də yaşayır və uğurla həyata keçirilir.
Tədbirin sonunda DQİDK tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi əsasında hazırlanmış “Heydər Əliyev - dəyərlərimizin xilaskarı” sənədli filmi nümayiş etdirilib.