Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.08.2024 / Bölgə xəbərləri

Hərbi hissədə “Gənclərin dini radikalizm və ekstremizm təhlükəsindən qorunması” mövzusunda tədbir keçirilib

Avqustun 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi və Beyləqan rayon “N” saylı hərbi hissənin birgə təşkilatçılığı ilə “Gənclərin dini radikalizm və ekstremizm təhlükəsindən qorunması” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Mil-Muğan regional bölməsinin əməkdaşları Bəhrəm Abbaslı, Beyləqan rayonu Qarallar kənd məscidinin imamı və dini icmasının sədri Səbuhi İbadov, Beyləqan rayon “N” saylı hərbi hissə komandirinin ideoloji və mənəvi psixoloji  təminat  üzrə müavini Rauf Niyazov, hərbi qulluqçular və şəxsi heyət iştirak edib.

Çıxışlar zamanı dini radikalizm, ekstremizm və onların mahiyyəti barədə məlumat verilib, yeniyetmə və gənclərin kənar təsirlərdən, yad dini ideologiyalardan və zərərli vərdişlərdən qorunması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edilib. Natiqlər xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin gənclər arasında fəal təbliğ edilməsinin vacibliyini diqqətə çatdırıblar. 

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.