Hərbi hissədə “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” mövzusunda maarifləndirici tədbir keçirilib
Aprelin 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Müdafiə Nazirliyinin 2023-cü il üçün birgə fəaliyyət planına əsasən DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsi və Beyləqan rayon “N” saylı hərbi hissənin birgə təşkilatçılığı ilə “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Bəhrəm Ədalətoğlu, Beyləqan rayon “N” saylı hərbi hissə komandirinin maddi-texniki təminat bölmə rəisi, baş leytenant Toğrul Bəylərov, Beyləqan rayonu Şəfəq qəsəbəsi “Həzrəti Cərciz Peyğəmbər” məscidinin imam müavini Məhəmməd Sadıqov, hərbi qulluqçular və şəxsi heyət iştirak ediblər.
Çıxışlar zamanı dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri barədə məlumat verilib, bu istiqamətdə dövlətin həyata keçirdiyi tədbirlərdən bəhs edilib. Natiqlər radikal dini təsirlər və yad dini ideologiyalara qarşı mübarizənin vacibliyini qeyd edərək xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin gənclər arasında fəal təbliğ edilməsinin əhəmiyyətini diqqətə çatdırıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
