Hərbi hissədə “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və fəsadları” mövzusunda tədbir baş tutub
Fevralın 20-də Şəki şəhərində yerləşən “N” saylı hərbi hissədə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki regional bölməsinin və “N” saylı hərbi hissənin birgə təşkilatçılığı ilə “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Şəki regional bölməsinin müdiri vəzifəsini icra edən Pərvin İsmayılov, QMİ-nin Şəki-Oğuz bölgə qazısı Kamran Məmmədov, eləcə də hərbçilər iştirak ediblər.
Çıxışlar zamanı dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri barədə məlumat verilib, bu istiqamətdə dövlətin həyata keçirdiyi tədbirlərdən bəhs edilib.
Tədbir hərbçilərin suallarının cavablandırılması ilə davam etdirilib.