Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
13.03.2025 / Bölgə xəbərləri

Hacıqabulda "Tolerantlıq – milli birlik və həmrəylik" mövzusu müzakirə olunub

Martın 13-də Hacıqabul rayonunda  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsi və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə "Tolerantlıq – milli birlik və həmrəylik" mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin regional bölməsinin əməkdaşı Sadiq Məmmədov və məktəblilər iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda vuruşmuş, bu yolda canından keçmiş müxtəlif dini konfessiyalara mənsub vətəndaşlarımızın da uyuduqları Şəhidlər Xiyabanı bu gün bizim təkcə and yerimiz yox, həm də qardaşlığımızın və tolerantlığımızın simvoludur. Diqqətə çatdırılıb ki, Vətənimizdə bu cür mükəmməl tolerantlıq mühitinin yaranması dini dözümlülüyün İslamın və Azərbaycan xalqının xarakterik xüsusiyyəti və milli-mənəvi sərvəti olmasına dəlalət edir.