Hacıqabulda maarifləndirici tədbir keçirilib
Sentyabrın 24-də Hacıqabul şəhər 2 nömrəli tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin və Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə "Dəmir yumruq: güclü lider, rəşadətli ordu və xalq birliyinin təcəssümü" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin regional bölməsinin aparıcı məsləhətçisi Sadiq Məmmədov, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxışlarda qeyd edilib ki, Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsini yazdı. Vurğulanıb ki, rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüz bərpa olundu, haqq-ədalət öz yerini tapdı. Təsadüfi deyil ki, Azərbaycan Ordusu bu gün dünyanın 50 ən güclü ordusu sırasında yer alıb.
Tədbir müzakirlərlə davam edib.